RU

Leyen: Avropa Komissiyası tezliklə 19-cu sanksiya paketini təqdim edəcək

Leyen:

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen çərşənbə axşamı, sentyabrın 16-da ABŞ prezidenti Donald Trampla Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün birgə səylərin gücləndirilməsi ilə bağlı “yaxşı” söhbət etdiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, xanım Lyayen bu barədə sosial şəbəkədə yazıb.

“Komissiya tezliklə kriptovalyutaları, bankları və enerji sektorunu hədəf alan 19-cu sanksiya paketini təqdim edəcək”,- Lyayen qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın qalıq yanacaq gəlirləri ilə dəstəklənən müharibə iqtisadiyyatı Ukraynada qan tökülməsini maliyyələşdirir. “Buna son qoymaq üçün Komissiya Rusiyanın qalıq yanacaq idxalının dayandırılmasını sürətləndirməyi təklif edəcək”,- Lyayen bildirib.

Xatırladaq ki, ABŞ-nın Maliyyə naziri Scott Bessent bəyan edib ki, Avropa Rusiyanın neft gəlirlərini azaltmaq üçün “üzərinə düşəni etsə”, Ukraynadakı müharibə iki-üç aya bitə bilər. O qeyd edib ki, Avropa ölkələri Rusiyanın neft gəlirlərinin azaldılmasında və müharibənin dayandırılmasında daha fəal olmalıdırlar. Bessent onu da vurğulayıb ki, Avropa ölkələri Çin və Hindistana yüksək tariflər tətbiq etmədikcə, Tramp administrasiyası Çinin Rusiya neftini almasını dayandırmaq üçün Çin mallarına əlavə rüsumlar tətbiq etməyəcək.

ELÇİN
Избранный
42
2
reyting.az

3Источники