RU

Yaponiya Avropanın mövqeyinə qoşulmur

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ölkənin "The Asahi Shimbun" qəzeti adları çəkilməyən rəsmi hökumət mənbələrinə istinadən yazır ki, Baş nazir Şiqeru İşiba bu ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək müvafiq iclasa qoşulmayacaq. Maraqlıdır ki, Yaponiyanın bu mövqeyi "G7" ölkələri çərçivəsində "yoldaşları"nın: Fransa, Britaniya və Kanadanın, həmçinin bir sıra digər ölkənin Fələstini tanımaq tendensiyası ilə ziddiyyət əmələ gətirir. Belə bir mövqe ABŞ tərəfindən bəyənilə bilər. Çünki İsrailin ən yaxın müttəfiqi sayılan Vaşinqton da Fələstin Muxtariyyətini dövlət səviyyəsində tanımaq ideyası ilə razılaşmır. "G7" daxilində isə Almaniya və İtaliya da bu addımı hazırkı şəraitdə "qeyri-məqbul" sayır.

Daha bir ölkə Fələstini tanıyacaq

Xatırladaq ki, Avstraliya, Yeni Zelandiya, Britaniya, Fransa, Kanada, Belçika və digər bir neçə dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər. Almaniya bu tendensiyadan uzaq durur. Kansler Fridrix Merts açıq surətdə diqqətə çatdırıb ki, Fələstini tanımaq üçün şərait məqbul deyil: "Almaniya sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qərb müttəfiqlərinin Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaq təşəbbüsünə qoşulmayacaq". Digər tərəfdən, rəsmi Paris isə, Berlinin əksinə, Fələstini tanımaqla yanaşı ölkələr arasında qarşılıqlı şəkildə səfirliklərin açılmasını da nəzərdən keçirir. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
azvision.az

2Источники