RU

"Benfika" baş məşqçisiz qaldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda baş tutan "Benfika" – "Qarabağ" qarşılaşmasından sonra Portuqaliya klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lissabon təmsilçisinin prezidenti Ruy Koşta məsələ ilə bağlı açıqlamasında qərarın asan olmadığını, lakin nəticələrin klubun hədəflərinə uyğun gəlmədiyini bildirib. O, yeni baş məşqçinin həftəsonuna qədər açıqlanacağını da əlavə edib.

Qeyd edək ki, görüşdə "Qarabağ" səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

 

Избранный
23
90deqiqe.az

1Источники