UEFA Çempionlar Liqasının 1-ci turunda keçirilən “Benfika” – “Qarabağ” oyununda (2:3) ən yaxşı futbolçu açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bu ada “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo layiq görülüb.
Mütəxəssislər onun həm müdafiəyə verdiyi dəstəyin, həm də oyunun qurulmasındakı rolunun qələbədə həlledici olduğunu bildiriblər.