RU

Azərbaycanın ÜPİ-nin şuralarına namizədliyi ilə bağlı Dubayda təbliğat tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəkeçirilən ÜPİ-nin ali qərarverici orqanı olan 28-ci Konqresindəiştirak edir.

Trendxəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiməlumat yayıb.

Bildirilib ki, hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-ninBeynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin PoçtƏməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvləriseçilir. Bu il ölkəmiz büronun 2 şurasına üzvlüyə namizədliyiniirəli sürüb.

Seçkilərdən əvvəl beynəlxalq əlaqələrin möhkəmləndirilməsi,əməkdaşlıqların qurulması və ölkəmizin daha yaxından tanıdılmasıməqsədilə Azərbaycan tərəfindən tədbir təşkil olunub.

Tədbirdə ÜPİ, Avropa Poçt Təşkilatı, eləcə də 150-dən çoxölkənin digər poçt təşkilatlarının yüksək statuslu nümayəndələriiştirak ediblər. Ümumdünya Poçt İttifaqının baş direktoru MasahikoMetoki Azərbaycanın Poçt Əməliyyatları Şurası və AdministrativŞuraya üzvlüyə namizədliyini irəli sürməsi ilə bağlı tədbiriştirakçılarına məlumat verib. Azərbaycanın təşkilatla fəaləməkdaşlığını yüksək qiymətləndirib.

Mərasimdə bildirilib ki, Azərbaycan poçt əməliyyatları vəstandartlarının tətbiqi istiqamətində əlaqələrin inkişafına xüsusiönəm verir. Ölkəmizdə bu sahədə müasir və innovativ yanaşmalartətbiq olunur.

Tədbirdə iştirakçılara ölkəmizin zəngin mədəni irsini əksetdirən nümunələr təqdim olunub. Onlar Azərbaycanın qədim tarixi,rəngarəng mədəniyyəti və qonaqpərvərlik ənənələri ilə yaxındantanış olmaq imkanı əldə ediblər.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Избранный
20
7
az.trend.az

8Источники