RU

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Neft mexanika fakültələrinin birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Neft mexanika fakültəsinin dekanı, dosent Əlihikmət Əhmədov, Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və ADNSU Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev çıxış edərək fakültələr, onların tədris və elmi fəaliyyət istiqamətləri, təhsil prosesində istifadə olunan metod və resurslar, universitetdə fəaliyyət göstərən mərkəzlər, xüsusi dərnək bölmələri, tələbə mobilliyi imkanları, elektron kitabxana və digər informasiya resurslarının əlçatanlığı barədə ətraflı məlumat veriblər.

Görüşdə həmçinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təqdimatla çıxış edərək tələbələrə universitetin yeni layihələri və bu layihələrdə aktiv iştirakın əhəmiyyəti barədə geniş məlumat verib. O, universitetin informasiya mənbələrinin həm tələbələr, həm də geniş ictimaiyyət üçün əlçatanlığını vurğulayıb, mətbuat xidməti və sosial media platformaları vasitəsilə məlumat axınının necə təşkil olunduğunu izah edib. 

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb və gənclərə universitet həyatına adaptasiya olmaq üçün vacib məlumatlar təqdim edilib.

Избранный
54
azedu.az

1Источники