RU

Radikal sağçılar Aİ-yə qarşı məhkəmə iddiası qaldırıblar

Yazını böyüt
Yazını kiçilt

Avropa Parlamentində ifrat sağçı siyasi qanadı təmsil edən “Avropa naminə vətənpərvərlər” partiyası Avropa İttifaqı (Aİ) institutlarına qarşı məhkəmə çəkişməsinə başlayıb. Buna səbəb partiyanın 4 milyon avrodan çox dövlət maliyyəsinin dondurulmasıdır.

Hafta.az xəbər verir ki, partiyanın fikrincə, bu qərar “əsassız” qəbul edilib və “siyasi qərəzdən” irəli gəlib. Söhbət “Vətənpərvərlər”in Avropa Parlamenti və Aİ-nin siyasi partiyalar üzrə nəzarət orqanı (APPF) tərəfindən qəbul edilmiş qərarları mübahisələndirdiyi iki işdən gedir. APPF partiyanı reyestrdə qeyri-dəqiq məlumat verməkdə ittiham edib və sosial şəbəkələrdə deputatlardan birinin əslində üzv olmadığı halda partiya şurasının üzvü kimi göstərildiyinə görə 47 min avro cərimə tətbiq edib. Lakin Avropa Məhkəməsi bu cəriməni ləğv edib. Bu isə “Vətənpərvərlər”in hüquqi müstəvidə ilk qələbəsi olub və onların sözlərinə görə, parlament administrasiyasının siyasi qərəzli mövqeyini təsdiqləyib.

Fransadan Marin Le Pen və Macarıstandan Viktor Orbanın da daxil olduğu partiya 2024-cü il seçkilərində uğur qazandıqdan sonra sistemli şəkildə diskriminasiyaya məruz qaldığını iddia edir. Həmin seçkilərdə partiya parlamentdə say baxımından üçüncü yerə yüksəlmişdi. Bununla belə, əsas axın qüvvələrinin nümayəndələri radikallarla əməkdaşlıqdan yayınaraq “sanitar kordon” siyasətinə sadiq qalırlar. “Parlament administrasiyasında bəzi məmurlarla bağlı problemlər var”, — deyə partiyanın fəxri prezidenti, belçikalı avrodeputat Gerolf Annemans bildirib. İndi “Vətənpərvərlər” dondurulmuş vəsaitlərin heç olmasa bir hissəsini geri qaytaracağına ümid edirlər ki, bu da onların Aİ-dəki gələcək siyasi perspektivlərinə ciddi təsir göstərə bilər. /azərtac/

Избранный
28
3
hafta.az

4Источники