Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi nəticələrinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə Gəncə şəhərindən 10, Daşkəsən rayonundan 2, Göygöl rayonundan 1, Goranboy rayonundan 2, Samux rayonundan isə 1 olmaqla ümumillikdə 16 layihə qalib olub.
Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qalib olan layihələr bal ardıcıllığı ilə təqdim edirik:
Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Elçin Allahverdiyev “Bacarıqla Böyü: Yol Yoldaşları” layihəsi;
Daşkəsən rayonu Zəylik kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Zamin Məmmədov “Daşkəsən məktəblərində skaut metodu ilə qeyri-formal təhsilin təşviqi” layihəsi;
Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova “Simulyasiya ilə Riyaziyyat Səfəri” layihəsi;
Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin müəllimi Jalə Məmmədova “Mən səhnədəyəm” layihəsi;
Gəncə şəhər Ş.İsmayıl adına 13 nömrəli tam orta məktəbin müəllimi Ayşən Rüstəmova “Biz gələcəyin Skautlarıyıq” layihəsi;
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru Aynur Həsənova “Böyükdən Kiçiyə: Nağıl Dolu Dünya” layihəsi;
Göygöl şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nərgiz Əmiraslanova “Biz sabahın alimləriyik” layihəsi;
Gəncə şəhər Ş.İsmayıl adına 13 nömrəli tam orta məktəbin müəllimi Günel Hacıyeva “Yoqa terapiyası” layihəsi;
Gəncə şəhər 22 nömrəli tam orta məktəbin müəllimi Lətifə Məmmədova “Kenquru ilə Sərhədləri Aş” layihəsi;
Daşkəsən rayonu Əmirvar-Əhmədli kənd tam orta məktəbin direktoru Şaiq İsmayılov “Kenquru – riyaziyyat klubu” layihəsi;
Samux rayonu Yenikənd İ.Məhərrəmov adına kənd tam orta məktəbin direktoru İftixar Almuradov “Danışmaqla Dünyanı Qazan” layihəsi;
Goranboy rayonu Sarovlu kənd ümumi orta məktəbin direktoru Günay Qasımova “Şagirdlərin maliyyə mühəndisliyi” layihəsi;
Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin müəllimi Əfsanə Məmmədova “Plastik tullantılar – Dəyişiklik bizdən başlayır” layihəsi;
Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin direktoru Mehriban Rzayeva “Məktəblilərin kibertəhlükəsizlik akademiyası” layihəsi;
Goranboy rayonu Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin müəllimi Aytən Məmmədova “Mən gələcəyin robototexnikiyəm” layihəsi;
Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin müəllimi Yeganə Məmmədova “Beyin və bədən sinergiyası: fiziki fəaliyyətlərin akademik həyata inteqrasiyası” layihəsi ilə qalib olub.