"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri ölkələr arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Bu səfərdə diqqət çəkən məqam prezident İlham Əliyevin öz həmkarını mədəni və siyasi mərkəzə çevrilməkdə olan Şuşa şəhərində qarşılaması oldu".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov səsləndirib. O bildirib ki, Birləşmiş Ərəb Əmirliyi dünyanın ən zəngin və qabaqcıl ölkələrindən biri sayılır, bu dövlət xarici ölkələrdə bir sıra investisiya layihələrini uğurla həyata keçirib:
"Xüsusən də son dövrlər bərpaolunan enerji sahəsində, bank, turizm sektorunda böyük uğurlara imza atmaqdadır. Neft-qaz Əmirliyin ən mühüm təbii sərvətləri hesab olnur. Əbu-Dabi ilə Bakının münasibətlərindəki yüksəliş əlavə devidentlər gətirir və təkcə siyasi deyil, iqtisadi, ticari, sərmayə yatırılmasında, eləcə də digər sahələr üzrə əməkdaşlığa geniş imkanlar açır. Səfər çərçivəsində müxtəlif sahələr üzrə 14 sənədin imzlanması, xüsusilə də Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dövlətlərarası əlaqələrin aydın konturlarını müəyyənləşdirib".
Əli Orucov deyib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-inşaat və məskunlaşdırma işləri həyata keçirir:
"Eyni zamanda bərpa olunan enerji ilə bağlı iddialı layihələr üzərində fəallıq göstərməkdədir. Bunun üçün xarici kapitala və sərmayəyə, həmçinin təcrübəyə ehtiyac duyulmaqdadır. Bu baxımdan BƏƏ kimi zəngin və təcrübəyə malik dövlətin imkanlarından və dəstəyindən yararlanmaq Əbu-Dabi üçün də faydalı olardı. Nəzərə alamaq lazımdır ki, 44 günlük müharibənin qalibiyyətindən sonra Azərbaycan beynəlxalq investorlar üçün təhlükəsiz və cəlbedici ölkəyə çevrilib. Bununla belə bəzi sahələrdə, xüsusən də vergi və bank sektorunda müəyyən problemlər qalmaqdadır. İmzalanmış sənədlər içərisində həmin səhələrə də diqqət ayrılması gələcəkdə bu problemlərin həllinə müsbət təsirini göstərə bilər. Cənab prezident İlham Əliyevin çıxışında da vurğuladığı kimi xüsusi əhəmiyyət daşıyan bu səfər və imzalanmış çoxsaylı sənədlər hər iki dövlətin əlaqələrini yeni səviyyəyə qaldıracaq".
Süleyman