RU

Duran: “Təslim olmadıq”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qarabağ”ın futbolçusu Kamilo Duran Çempionlar Liqasında “Benfika”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sport TV”yə danışan hücumçu 3:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Qələbəyə görə çox xoşbəxtik. Şükürlər olsun, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xal qazandıq. Hesabda geri düşsək də, təslim olmadıq. İstədiyimiz qələbəni qazandıq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
futbolpress.az

1Источники