RU

Dünyanın ən gözəl, amma “lənətli” kəndi: Biburi

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

İngiltərənin Kotsvoldz bölgəsində yerləşən kiçik Bibury kəndi Forbes jurnalının “Dünyanın ən gözəl 50 kəndi” siyahısında zirvəyə qalxaraq diqqətləri üzərinə çəkib. Təxminən 600-700 nəfərlik əhalisi olan kənd hər həftəsonu 20 minə yaxın turist qəbul edir.

News24.az xəbər verir ki, 17-ci əsrdən qalan toxucu daxmaları, qızılı rəngli daş evləri və Coln çayı ilə məşhur olan Bibury bir vaxtlar şair Vilyam Morris tərəfindən “İngiltərənin ən gözəl kəndi” adlandırılıb. Lakin artan turist axını yerli əhali üçün çətinliklər yaradıb.

Biburi Paris Şurasının sədri Craiq Çapman kəndin populyarlığını “iki ucu iti qılınc” adlandıraraq, dar yollar və tək zolaqlı körpünün sıx hərəkətə uyğun olmadığını bildirib. Böyük avtobusların yaratdığı tıxaclar təcili yardım xidmətlərinin işini çətinləşdirir.

Həmçinin qeyri-qanuni dayanma, uzun növbələr və şəxsi həyətlərə girərək şəkil çəkən turistlər kəndliləri narahat edir. Hətta bir ziyarətçi mübahisə zamanı maşınla bir kəndlinin ayağının üzərindən keçdiyi iddia olunub.

Şikayətlərin artmasından sonra may ayında kəndə avtobus girişinə məhdudiyyətlər tətbiq edilib. Rəsmi şəxslər turistlərdən mümkün qədər kiçik nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş edirlər. Məqsəd kəndlilərlə ziyarətçilər arasında tarazlıq yaratmaqdır.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
news24.az

2Источники