RU

Misirdə muzeydən 3 min il əvvələ aid qızıl bilərzik yoxa çıxıb

Bakı. Trend:

Misir Milli Muzeyinin Təhrir meydanındakı bərpa şöbəsindəneramızdan əvvəl X əsrdə yaşamış firon Amenemopetə məxsus qızılbilərzik yoxa çıxıb.

Trend-in məlumatına görə, bu barədə Misirin Turizm və QədimƏsərlər Nazirliyi məlumat yayıb.

“Amenemopetin qızıl bilərzikinin yoxa çıxması ilə bağlı dərhalpolis məlumatlandırılıb və artefaktın fotoşəkili Misir sərhədindəkibütün hava və dəniz limanlarına və quru keçidlərinə göndərilib", -məlumatda bildirilib.

Nazirlik, həmçinin xüsusi komissiya yaradıb.

Hələlik bilərzikin yoxa çıxmasında əli olan şəxslərin kimliyi vəmümkün motivləri barədə məlumat yoxdur.

Избранный
23
3
az.trend.az

4Источники