RU

Tarixdəki ilk qətlin izi Vyetnamda tapıldı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Vyetnamda tapılan qədim sümüklər bəşəriyyət tarixində bilinən ən erkən qətllərdən birinə işarə edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Science Alert" portalında alimlər tərəfindən dərc olunan elmi məqalədə məlumat verilib.

Araşdırmalara görə, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi başqa bir insan tərəfindən öldürülüb.

Sümüklər "Thung Binh 1" mağarasında aşkar olunub. Mağarada, həmçinin işlənmiş kvars ucluğu tapılıb.

Arxeoloqlar hesab edirlər ki, bu ucluq kişinin boyun sümüyünə dəyərək yaralanmaya və infeksiyaya səbəb olub. Nəticədə kişi bir neçə gün və ya həftədən sonra ölüb.

Ekspertlər bildirirlər ki, bu tapıntı həm bölgə, həm də dövr üçün nadir və əhəmiyyətli kəşfdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
19
oxu.az

10Источники