RU

Qurban Qurbanovdan qələbə şərhi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk turda səfərdə Portuqaliyanın “Benfika” klubunu məğlub etdikləri matçdan sonra mətbuat konfransında bildirib ki, futbolçuların yüksək özünəinamı bu nəticəni əldə etmələrinə səbəb olub.

“Mən futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyun göstərdik, yaxşı qalib gəldik. Başlanğıcda üstünlük rəqibin tərəfində idi, oyunu bizim xeyrimizə çevirmək heç də asan deyildi. Lakin futbolçularımdakı özünəinam bizə qalib gəlməyə kömək etdi,” — deyə Qurbanov vurğulayıb.

O bildirib ki, “Benfika”ya qalib gəlmək rəqibin zəif olması anlamına gəlmir, çünki “Benfika” topa rəftar baxımından çox güclü komandadır. “Oyundan əvvəl demişdim ki, futbolçularım çətinlik çəkə bilər, amma şükürlər olsun ki, qələbə qazandıq,” — məşqçi əlavə edib.

Qurbanov həmçinin qeyd edib ki, belə görüşlərdə qalib gəlmək asan deyil: “Futbol artıq o səviyyəyə çatıb ki, rəqib asan olmur. Mən futbolçuları ilk dəqiqədən etibarən cəsarətli olmağa çağırmışdım. Səhvlər qaçılmazdır, amma biz öz oyunumuzu itirmədik".

Избранный
23
1
anews.az

2Источники