RU

Ölümcül göbələkdə gizlənən virus: Alimlər yeni təhlükə aşkar etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər ölümcül hesab edilən "Aspergillus fumigatus" göbələyində gizlənən virus kəşf ediblər. Bu virus göbələyin insan orqanizmində daha davamlı olmasına imkan yaradır.
Oxu.Az xəbər verir ki, bu barədə "LiveScience" nəşri məlumat yayıb.
Araşdırmaya görə, göbələyin içində tapılan AfuPmV-1M virusu infeksiyanın güclənməsində əsas rol oynayır.
İnsanlar bu göbələklə adətən tənəffüs yolu ilə yoluxurlar. Xüsusilə immun sistemi zəif olan şəxslərdə ağciyər infeksiyası inkişaf edir və bəzən xəstəlik digər orqanlara da yayılır. Dünyada hər il təxminən 2.1 milyon invaziv aspergilloz və 1.8 milyon xroniki ağciyər infeksiyası qeydə alınır. Ölüm göstəricisi isə 30-80% arasında dəyişir.
Mütəxəssislər bildirirlər ki, virusun özü insana birbaşa zərər vermir, çünki onun çoxalması üçün lazım olan reseptorlar məməlilərdə mövcud deyil.
Siçanlar üzərində aparılan tədqiqatlar ümidverici nəticələr göstərib. Məhz virusu hədəf alan dərmanların həm göbələyi, həm də onun törətdiyi xəstəliyi əhəmiyyətli dərəcədə zəiflətdiyi müəyyən olunub. Alimlər ümid edirlər ki, gələcəkdə bu innovativ yanaşma insanlar üçün də effektiv ola bilər və aspergillozun müalicəsini köklü şəkildə dəyişərək xəstələrin sağalma şansını artıra bilər.
Избранный
58
50
oxu.az

10Источники