RU

"Qarabağ"a məğlubiyyətin səbəbi... - “Benfika”nın baş məşqçisi

"Benfika"nın məğlubiyyətinin səbəbini əsaslandırmaq çətindir.

Axar.az xəbər verir ki, bunu “Benfika”nın baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.

"Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq, ilk 30 dəqiqə istədiyimiz kimi çıxış etdik. Təəssüf ki, ilk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik. Düşünürəm ki, bu məğlubiyyətdən sonra artıq komanda toparlanmalıdır", - Laje söyləyib.

O, portuqaliyalı jurnalistin "hələ də işinizə davam etmək istəyirsiniz?" - sualına belə cavab verib:

"Sözlərimi yanlış anlamayın. Siz burda öz işinizi görürsünüz, mən isə öz işimi. Bu gün sizin suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu 3:2 hesabı ilə təmsilçimizin qələbəsi ilə başa çatıb.

Избранный
77
6
axar.az

7Источники