RU

İi klub arasına razılıq əldə olundu - Stadionu alacaqlar

“Milan” və “İnter” “San Siro” stadionunun alınması ilə bağlı razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Milan meri Cuzeppe Sala açıqlama verib.

O, klublarla razılığın əldə olunduğunu bildirib:

“Arenanı satmaq üçün şəhər şurasına gedəcəyik. Yeni stadion 2031-ci ilədək hazır olmalıdır. Çünki UEFA bizə deyir ki, “San Siro” qorunub saxlanılsa, Milan şəhəri AVRO-2032-dən kənarda qalacaq”.

2032-ci ildəki Avropa çempionatı İtaliya və Türkiyədə keçiriləcək.

Избранный
28
sportinfo.az

1Источники