Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan UEFA-nın əmsallar cədvəlində daha bir pillə irəliləyib.
QOL.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci turunda Lissabonda “Benfika” üzərindəki əzmkar qələbəsi (3:2) sayəsində mümkün olub.
Bu qələbə Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib. Nəticədə ölkəmiizin əmsal ehtiyatı 21,500-ə çatıb. Azərbaycan Slovakiyanı keçərək 26-cı yerdən 25-ci pilləyə yüksəlib.
Qeyd edək ki, hazırda reytinqdə 24-cü pillədə qərarlaşan Serbiyanın isə 22,125 əmsalı var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.