RU

Türkiyədən Netanyahuya sərt cavab...

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı dediklərinə sərt reaksiya göstərib.

Axar.az xəbər verir ki, Çelik bu barədə sosial şəbəkə səhifəsində yazıb.

“Soyqırım şəbəkəsinin lideri Netanyahunun prezidentimizi hədəf alan sözləri əsassızdır. Netanyahunun bəşəriyyətin ortaq dəyəri olan Qüdsü öz mülkü hesab edən sərsəmləmələri bütün insani dəyərlərə qarşı düşmənçiliyi ifadə edir.

"Bəşəriyyət bu şəbəkənin təhlükəsi altındadır. Bunlara cavab bəşəriyyət ittifaqının cavabı olmalıdır" – Çelik bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
85
2
axar.az

10Источники