RU

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan  magistral yolunun rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KaMAZ" markalı yük maşını ilə "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Beyləqan rayon sakinləri; 1982-ci il təvəllüdlü Babayev Fuad Şakir oğlu, 1988-ci il təvəllüdlü Hüseynov Əli Vahid oğlu, 1982-ci il təvəllüdlü Qasımov Ramil Fərman oğlu və 1987-ci il təvəllüdlü Əliyev Rahib Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər lıblar. Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Избранный
6
6
avtosfer.az

7Источники