Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turundaPortuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasındakeçirilən oyun başlayıb.
Trend-in məlumatına görə, Lissabon şəhərindəki “Da Luş”stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da startgötürüb.
Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.