RU

“Azərbaycanda 4 günlük sistem əgər düzgün planlansa, xarici modellərlə üst üstə düşə bilər”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükünün azaldılaraq 4 günə endirilməsi müzakirələrə yol açıb. Xaricdə belə bir təcrübələr var, eləcə də ABŞ-da dərslərin 4 günə endirilməsi təcrübəsi var.Azərbaycandakı universitetlərdə 4 günlük dərs sisteminin tətbiqi nə ilə nəticələnə bilər?

Məsələ ilə bağlı Bizimyol.info portalına təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında bildirib ki, əlavə boş gün onlara iş və dərsi daha yaxşı balanslaşdırmaq imkanı yarada bilər: “Bakı Dövlət Universitetində dərslərin 4 günə endirilməsinin həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət tərəflərindən danışsaq ümumiyyətlə 4 günlük dərs tələbələrə 1 gün əlavə vaxt qazandırır. Bunu da onlar əlavə kurslara, iş təcrübəsinə, araşdırmalara, şəxsi inkişaflarına sərf edə bilərlər. Burda nəqliyyat və xərclərin azalması məsələsi də var. Tələbələr şəhərdaxili yol xərclərinə, vaxt itkisinə və gündəlik yorğunluğa daha az məruz qalırlar. Bir çox tələbələr oxumaqla yanaşı, həm də işləyirlər. Əlavə boş gün onlara iş və dərsi daha yaxşı balanslaşdırmaq imkanı yarada bilər. Həmçinin dərslərin daha yığcam təkrar olması bəzi hallarda tələbənin diqqət toplamasına və dərs prosesinin daha planlı aparmasına şərait yarada bilər. Mənfi tərəfləri odur ki, dərs günləri azalırsa, qalan 4 gün dərs saatları çoxala bilər. Bu isə tələbələrin 1 gündə çox yorulmasına və dərslərin səmərəsiz keçməsinə səbəb ola bilər. Həmçinin mövzuların mənimsənilməsində tələbə çətinlik çəkə bilər. Gündə 6-7 saat mühazirə və seminar tələbənin diqqətini zəiflədə, öyrənmə keyfiyyətinə mənfi göstərə bilər. Bəzi ixtisaslar praktiki dərslərin saatını azalda bilər və dərs saatlarının sıxlaşdırılması keyfiyyətə zərrə verə bilər. 5 və 6 günlük dərs rejiminə öyrəşmiş tələbələr üçün yeni cədvələ uyğunlaşmaq çətin ola bilər. Həmçinin hər hansı gün dərs məsələn, bayram günü, tətil və sair. ləğv olunarsa, onu başqa günə yerləşdirmək daha çətin olacaq, çünki dərs günləri azdır. Yəni bu addım əsasən tələbənin rahatlığı və xərclərinin aktuallaşması cəhətdən müsbət sayıla bilər, amma tədris keyfiyyətinə və yüklənməsinə necə təsir edəcəyi müəyyən qədər sual altındadır”.

Rizvan Fikrətoğlu

Təhsil eksperti vurğulayıb ki, xarici təcrübəyə baxsaq, 4 günlük dərs həftəsi tamamilə yeni və hələ də sınaq mərhələsində olan bir yanaşmadır: “Siz xarici təcrübədən Amerikanı misal gətirdiniz. Xarici təcrübəyə baxsaq 4 günlük dərs həftəsi tamamilə yeni və hələ də sınaq mərhələsində olan bir yanaşmadır. Mən bunu daha praktiki izah etməyə çalışacam. Amerikada bəzi kollec və universitetlərdə, xüsusən də regional və icma kolleclərində bu kimi yerlərdə dərslər həftənin 4 gününə salınır, amma cümə günü isə tələbələrə laboratoriya tədqiqat və özəl məşğələlər üçün ayrılır. Böyük Britaniyada universitetlərdə 5 günlük dərs rejimi var, amma bəzi ixtisaslara dərslər yalnız 3-4 gün cəmlənir, digər günlər isə özbaşına öyrənmək üçün ayrılır. Almaniyada universitetlərdə dərslər çox elastik bir sistemdə qurulub. Tələbələr seçilən fənlərə görə, bəzən yalnız 4 gün də dərslərə gedə bilirlər, amma bu da universitetin qərarı yox, tələbənin şəxsi cədvəlindən asılı olur. Skandinaviya ölkələrində - Norveç, İsveç, Finlandiyada oxşar yanaşmalar var. Mühazirələrə az günlərdə toplanılır, digər vaxt isə tələbələrin layihə və tədqiqat işlərinə verilir. Asiya ölkələrinə baxaq, məsələn, Cənubi Koreya və Yaponiyadakı universitetlərdə dərs həftəsi adətən 5 gündür, amma dərslər çox sıx və intensiv keçirilir, yəni tələbələr əlavə olaraq özləri kitabxanada dərs oxuyurlar. Məsələn; Türkiyədə dərslər asasən 5 və ya 6 gün olur, amma fakültələrdə fənlərin yığcam keçirilməsi nəticəsində tələbələr faktiki olaraq həftədə 3-4 gün dərsə gedirlər.

Ümumi nəticə budur ki, xaricdə rəsmi olaraq 4 günlük dərs sistemi nadir hallarda var, yəni biz deyə bilmərik ki, bu ölkədə dərs 4 günlükdür. Amma fənlərin yığcam keçirilməsi nəticəsində tələbə üçün özü idarə olunan öyrənməyə daha çox vaxt sərf edilir. Burada əsas məqsəd tələbəyə sərbəst vaxt verməklə, onu tədqiqat və müstəqil öyrənmə, eyni zamanda iş təcrübəsi və layihələrə yönləndirməkdir. Azərbaycanda tətbiq olunan 4 günlük sistem əgər düzgün planlansa, xarici modellərlə üst-üstə düşə bilər. Amma fərq ondadır ki, xaricdə bu proqram çox vaxt özünütəsdiq və tədqiqat məqsədilə edilir. Bizdə isə bəzən sırf cədvəl sıxlığından və təşkilati səbəbdən olunur. Bizdəki daha nöqsanlı, daha problemlidir və kreativ deyil. Humanitar, kənd təsərrüfatı və bu kimi ixtisaslarda bu proqramı tətbiq etmək olmaz”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
icma.az

1Источники