RU

Prezident İlham Əliyevin şəhid bacısı ilə səmimi söhbəti (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəylivə Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.

Trend xəbər verirki, görüş zamanı Prezidenti İlham Əliyev şəhid bacısı ilə səmimisöhbəti baş tutub.

Tələbə qız: Salam. Mən Qarabağ UniversitetininHüquqşünaslıq fakültəsinin ikinci kurs tələbəsiyəm. Burada təkcəXocalı sakini kimi yox, həm də şəhid bacısı kimi iştirak edirəm.Qardaşım Sərvan Mehralıyev Aprel döyüşlərində qəhrəmancasına şəhidolub.

Prezident İlham Əliyev: Allah rəhməteləsin.

Tələbə qız: Sizin dəstəyinizi nəinki bir şəhidbacısı, həm bir tələbə, həm də bir keçmiş məcburi köçkün kimi daimhiss etmişəm və buna görə də böyük minnətdarlığımı bildirirəm. Çoxsağ olun.

Prezident İlham Əliyev: Sağ ol. Burada,Xankəndidə həyatın necə keçir, yaxşıdır?

Tələbə qız: Bəli, əla. Hamı razıdır, hamınınürəyincədir.

Prezident İlham Əliyev: Çox gözəl. Dünən Tibbfakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayıçoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni, bir neçəildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələrşəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağolun.

Избранный
13
1
az.trend.az

2Источники