MİNGƏÇEVİR, 16 sentyabr. TELEQRAF
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, şəhərin Nizami küçısində, Qələbə meydanında avtomobilmotoskletçini vurub və daha sonra idarəetmədən çıxaraq yol dairəsindəki maneələrə çırpılıb.
Qəza nəticəsində ayaqları sınan 2008-ci il təvəllüdlü Sənan Cahangirov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.