RU

Millət vəkili büdcə üçün neft qiymətini

Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dollar olaraq götürülüb. Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 5 ABŞ dolları azdır. Lakin qlobal enerji bazarlarında davam edən qeyri-sabitlik, geosiyasi gərginliklər və tələb-təklif balansındakı dəyişikliklər fonunda qiymətlərin ciddi enişi ehtimaldan kənar deyil. Belə vəziyyətdə əsas sual yaranır: hansı tənzimləmə ehtiyatları işə düşəcək və dövlət büdcəsi gözlənilməz itkilərdən necə qorunacaq? Millət vəkili Vüqar Bayramov Metbuat.az-a bildirib ki, gələn il üçün neftin qiymətinin 65 dollar nəzərdə tutulması ondan xəbər verir ki, hökumət növbəti il üçün neftin qiyməti ilə bağlı konservativ yanaşmaya üstünlük verməyəcək:“Əvvəlki illərdə daha çox konservativ yanaşma müşahidə olunurdu. Yəni, neft bazarında qiymət nisbətən yüksək olurdu, amma büdcədə nisbətən aşağı qiymətdən istifadə edilirdi. Bu isə əvvəlki illərdə dövlət büdcəsi layihəsinə yenidən baxılmasına və dəyişdirilməsinə gətirib çıxarmışdı. Əslində, biz konservativ yanaşmaya üstünlük veririk, çünki növbəti il üçün neftin qiyməti ilə bağlı proqnozlar hər barel üçün 50–60 dollar intervalında dəyişir. Ona görə də xüsusən risklərin minimumlaşdırılması üçün daha mühafizəkar yanaşmanın olması məqsədəuyğun olardı”.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
81
metbuat.az

1Источники