RU

Qızılın qiymətinin qalxmasının səbəbi…

Son zamanlar qızılın qiyməti artmaqda davam edir.  

Ötən gün Bakı vaxtı ilə saat 19:58-ə olan məlumata görə, qızılın qiyməti öz artımını sürətləndirərək, 1 trua unsiyası üçün 3 722,2 dollar (+1,05%) səviyyəsində alqı-satqı edilib və tarixi maksimumu yeniləyib.

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, qızılın qiymətinin artmasını qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərlə bağlıdır: 

“Bu da qızılın qiymətinin yüksəlməsinə səbəb olur. Azərbaycan bazarında da qızılın qiyməti dünya bazarındakı qiymətlərlə paralel olaraq dəyişir. Azərbaycanda qızılın qiyməti inflyasiya və mövsümi tələbatla əlaqədar olaraq , dəyişə bilər. Düşünürəm ki, qızılın qiymətinin artması alıcılar və satıcılar üçün  ciddi çətinliklər yaradır”.

Sevinc

Избранный
8
hit.az

1Источники