Ədliyyə Nazirliyinin Xətai rayon icra şöbəsi üçün Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanında yerləşən, ümumi sahəsi 598 kv metr olan qeyri-yaşayış binasının icarəsi xidmətinə 18 000 AZN ödəniləcək.
Pravda.az-ın xəbərinə görə, ödəniş fiziki şəxs Bayroyev Vəli Kərəm oğluna ediləcək.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.