RU

Rusiyaya iki ölkə ilə bağlı xəbərdarlıq: Hücum olsa...

BAKI, 16 sentyabr. TELEQRAF

“NATO təhdidlərə birlik və güclə cavab verəcək və Rusiya PUA-ları yenidən alyans ölkələrinin hava məkanına daxil olarsa, “Tayfun” qırıcıları hücuma hazır olacaqlar”.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili söyləyib.

“Əgər polyakların həyatı üçün təhlükə yaradan pilotsuz təyyarələr varsa, NATO onları məhv etmək üçün hərəkətə keçəcək”, - deyən Hili Britaniyanın “Tayfun” döyüş təyyarələrinin NATO hava məkanını qorumaq üçün genişmiqyaslı missiyanın bir hissəsi olduğunu bildirib.

Rumıniyanın ötən həftəsonu Rusiya PUA-sı tərəfindən hədəf alınan ikinci NATO ölkəsi olması xəbərinə münasibət bildirən nazir qeyd edib ki, lazım gələrsə, “Tayfun” missiyası bu ölkə qədər də genişlənəcək.

“Onlar NATO-nun Şərq cinahında hava patrulunun bir hissəsi kimi yerləşdirilib. Nə və harada yerləşdirməyə NATO qərar verəcək. Bu, bizim alyansa verdiyimiz töhfənin bir hissəsidir”, - Hili əlavə edib.

Избранный
47
teleqraf.com

1Источники