RU

Böyük Britaniyada iqtisadçılar əmək bazarı ilə bağlı xəbərdarlıq edib

ain.az bildirir, Azertag portalına istinadən.

London, 16 sentyabr, AZƏRTAC

İqtisadçılar Böyük Britaniyanın əmək bazarındakı son göstəricilərlə bağlı ciddi narahatlıq ifadə ediblər.

AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, iyul ayında bonuslar istisna olmaqla orta aylıq maaş artımı 4,8 faiz təşkil edib ki, bu da 2022-ci ilin iyunundan bəri ən zəif göstəricidir. Avqust ayında isə işçilərin sayı azalıb.

İngiltərə və Uels Mühasiblər İnstitutu (ICAEW) iqtisadiyyat direktoru Suren Thiru bildirib ki, bu rəqəmlər durğun iqtisadiyyat və artan kadr xərcləri səbəbindən şirkətlərin işçi qüvvəsini azaltmağa məcbur qaldığını göstərir. Ekspertlər hesab edir ki, maliyyə naziri Reyçel Rivz noyabrın 26-da təqdim edəcəyi büdcədə əlavə vergi artımına getməli olacaq. Bununla yanaşı, bu il İngiltərə Bankı faiz dərəcələrini yenidən endirməyəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
azertag.az

2Источники