RU

“Arda ilə Mbappe “Real”ın ölümcül silahına çevrilir” - “Marca” 

style='margin-bottom:10px;'>

“Real” bu axşam UEFA Çempionlar Liqasında mövsümün star oyununda "Olimpik Marsel"i qəbul edəcək. Madrid klubunun baş məşqçisi Xabi Alonsonun bu görüşdə də Arda Gülerə start heyətində şans verəcəyi gözlənilir.

QOL.az-ın məlumatına görə, “Marca” nəşrində dərc olunan yazıda Arda Gülerin Ançelotti dövründəki vəziyyəti ilə indiki durumu arasında gecə ilə gündüz qədər fərqi olduğu qeyd edilib. Bildirilib ki, Arda bu dəfə xəyallarını qurduğu Çempionlar Liqasında komandanın açar oyunçusu kimi meydana çıxacaq.

Ançelotti dönəmində Arda ilk dəfə Çempionlar Liqasında forma geyinsə də, italiyalı mütəxəssisin ona çox az oyun vaxtı verməsi tənqidlərə səbəb olmuşdu: “Arda “Real” Madridin mübahisəsiz start heyətində yer alacaq. 20 yaşlı türk futbolçu həyəcanı və revanş hissini birləşdirən təbəssümlə rəqabətə qatılır: nəhayət, zamanının gəldiyini hiss edir və daim xəyalını qurduğu turnirdə lider futbolçu kimi meydana çıxır”.

Həmçinin vurğulanır ki, Arda Güler “Marsel” qarşısında yalnız start heyətində yer almayacaq, eyni zamanda komandanın yaradıcı ulduzlarından biri kimi də çıxış edəcək.

Arda Gülerlə Mbappenin əlaqələrinin xeyli gücləndiyi, ikilinin “Real” Madrid üçün ölümcül silaha çevrildiyi də yazıda xüsusi qeyd olunub: “Çempionlar Liqası artıq qapıdadır və imtahan yaxınlaşır. Arda sadəcə istedadlı bir gənc və ya ehtiyat ulduz olmaq istəmir. O, Bernabeuda tarixi gecələrə adını yazdırmaq istəyir. Çempionlar Liqası onun üçün böyük bir səhnədir və əvvəlki mövsümlərin əksinə olaraq, bu il özünü tam hazır hiss edir”.

Xatırladaq ki, “Real” - “Olimpik Marsel” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Избранный
15
2
teleqraf.com

3Источники