RU

Böyükşor gölündə suyun səviyyəsi niyə azalır?

Böyükşor gölündə suyun səviyyəsinin azalmasına əsas səbəb ətraf ərazilərdən gölə daxil olan suların həcminin azalmasıdır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

O bildirib ki, göl qapalıdır və ora sular iki yolla daxil olur:

"Bunlardan biri ətraf ərazilərdən gələn yan axınları, digəri isə atmosfer yağıntılarıdır. Atmosfer yağıntıları gölün qidalanmasında o qədər böyük rol oynamır. Çünki ərazi quraqdır. İllik atmosfer yağıntılarının miqdarı 250 mm-dən çox olmur. Zaman-zaman bu göldə suyun səviyyəsinin qalxmasına ətraf ərazilərdən gələn çirkab suları təsir edib. Əvvəllər gölün ətrafında yaşayış olub. Bu səbəbdən çirkab sular gölə axıb. Bərpa işlərindən sonra bu məsələ aradan qaldırılıb. Buna görə də gölə daxil olan sular azalıb".

Ekspert hesab edib ki, hazırda gölün səviyyəsi optimaldır:

"Əlbəttə ki, bir qədər yuxarı olsa, daha yaxşı olar. Bu səviyyəni qorumaq üçün göl ətrafında əmələ gələn yağış sularını Böyükşora yönləndirmək lazımdır. Eləcə də, ərazinin yaxınlığında tikilən hündür binalardan əmələ gələn tullantı sularını təmizləyib gölə yönləndirmək lazımdır. Yalnız bu yolla göldə suyun səviyyəsini sabit saxlamaq olar".

Избранный
2
5
axar.az

6Источники