"Diplomların öz funksional əhəmiyyətini itirməsi bizim ölkədə böyük problemlərə rəvac verib. Bu barədə nə qədər müzakirələr getsə də, Elm və Təhsil Nazirliyində deyəsən heç kimin vecinə deyil. Cəmiyyətin haqlı narahatlıqlarına, problemlərinə əhəmiyyət vermirlər".
Bu barədə Əkinçilik Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Təmraz Təmrazov bir valideyn kimi narahatlığını AzNews.az-a bölüşərkən deyib. O, bildirib:
"Mənim qızım 635 balla Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi üzrə bakalavr və yüksək balla magistraturasını bitirib. O, əlavə olaraq müxtəlif kurslarda, təlimlərdə iştirak edib. Buna baxmayaraq, illərdir MİQ imtahanlarından keçə bilmir. Burada heç bir kadr zəifliyindən söhbət gedə bilməz. Sadəcə, yüksək ixtisaslı kadrların qarşısına süni sədlər qoyulur. MİQ imtahanlarındakı sualların uyğunsuzluğu, qiymətləndirmə meyarlarının ədalətsizliyi onların zəhmətini və potensialını boşa çıxarır".
Təmraz Təmrazov hesab edir ki, bu, yalnız fərdi problem deyil- ölkəmizin gənc, bacarıqlı müəllimlərinin inkişafına əngəldir: