RU

"Oser faciəsi"nin davamı, yaxud "Qarabağ"ın qolkiper "müsibət"i

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Gənclər Liqasının 2025/26 mövsümünün startında "Qarabağ" və "Benfika"nın U-19 komandalarının oyunu böyük hesabla yanaşı, maraqlı faktla da yadda qalıb.
Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə nəticələnib.
Matçda Ağdam təmsilçisinin qapısını Teymur Həsənov qoruyub. O, Azərbaycan millisinin sabiq qolkiperi, hazırda "Qarabağ"ın qapıçılar üzrə məşqçisi olan Elxan Həsənovun oğludur. Gənc futbolçunun atası tarixə "Oser faciəsi" kimi düşən Fransa - Azərbaycan matçının iştirakçısı olub. 1995-ci ilin məhz sentyabr ayında keçirilən oyun yığmamızın 0:10 hesablı məğlubiyyəti ilə nəticələnib.
Həmin oyunda dörd qol buraxdıqdan sonra E.Həsənov matçın 36-cı dəqiqəsində əvəzlənib. Ondan sonrakı qapıçı isə altı qol buraxıb.
Qeyd edək ki, Teymurun anası da tanınmış idmançıdır. O, Azərbaycan voleybol millisinin və "Azerreyl"in sabiq oyunçusu Alla Həsənovadır.
Aqil Vəlili
Избранный
21
oxu.az

1Источники