RU

Müdafiə naziri: İtaliya Rusiyanın hücumuna hazır deyil

Müdafiə

İtaliyanın Rusiyanın hücumuna hazır deyil.

APA “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto jurnalistlərə açıqlamasında bildirib.

Nazir dronların Polşanın hava məkanını pozması fonunda Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxtda bəyan edib ki, İtaliya “Rusiya hücumuna hazır deyil”.

Krosetto bildirib ki, İtaliya hərbi hücuma cavab vermək üçün lazımi hazırlığa malik deyil. O, bunun səbəbini müdafiə sahəsinə son 20 ildə yetərincə sərmayə qoyulmaması ilə izah edib.

“Mən bunu uzun müddətdir deyirəm. Düşünürəm ki, vəzifəmiz ölkəni elə bir vəziyyətə gətirməkdir ki, əgər hər hansı bir dəli – təkcə Putini yox, istənilən birini nəzərdə tuturam – bizə hücum etməyə qərar versə, özümüzü qoruya bilək”, - nazir qeyd edib.

İtaliya NATO ölkələri ilə birlikdə ölkə əhalisinin narazılığına baxmayaraq qarşıdakı onillik ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıb.

Избранный
24
7
xalqcebhesi.az

10Источники