"Kızılcık Şerbeti" serialının aktyoru Settar Tanrıöğen uzun müddətdən sonra ilk dəfə görüntülənib.
Far.Az xəbər verir ki, o "Sadri Alışık Teatr və Kino Aktyoru" mükafatlarının təqdimetmə mərasimində kameralara tuş gəlib.
Aktyor ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.
O bir zamanlar rol aldığı "Kızılcık Şerbeti" serialını izləmədiyini deyib. Settar bunu səhhətilə əlaqələndirib.
Xatırladaq ki, aktyor sözügedən serialda "Apo" obrazına həyat verib.