RU

Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır

Mənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. 

Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: “Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır”.

Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: “Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur”.

“Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur”, - ekspert əlavə edib.

Избранный
12
2
hit.az

3Источники