RU

Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR - "Turan Tovuz" doğma rayona qayıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Turan Tovuz" klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib.
Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb. Təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Turan Tovuz" klubunun rəhbərliyi iyul ayında Tovuz şəhər stadionunda əsaslı təmir işlərinə start verib. İlk növbədə süni meydançanın təbii otla əvəzlənməsi nəzərdə tutulub.
Избранный
26
2
oxu.az

3Источники