RU

Rövlan "Şamaxı" üzərində qələbəyə köklənib: "O şans yarananda..."

Misli Premyer Liqasının 4-cü turunda "Azərsun Arena"da "Qarabağ"la 1:1 hesablı heç-heçəyə razılaşan "Zirə" növbəti çempionat matçını öz meydanında "Şamaxı"ya qarşı keçirəcək. Zədə səbəbindən Ağdam təmsilçisi ilə qarşılaşmada iştirak edə bilməyən yarımmüdafiəçi Rövlan Muradov artıq kollektiv məşqlərə qatılır və onun "aslanlar"la oyunda meydana çıxmaq ehtimalı az deyil. Rövlanla əlaqə saxlayıb həm "Qarabağ"la qollu bərabərlik haqda fikirlərini öyrəndik, həm də "Şamaxı" ilə mübarizədən nə gözlədiyini soruşduq.

27 yaşlı futbolçunun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"la oyun gozlədiyimiz kimi ağır keçdi. Əfsuslar olsun ki, zədəmlə bağlı həmin matçı kənardan izləməli oldum. Düşünürəm ki, tezliklə sıraya dönərək komandama kömək etməyə borcluyam. Şükürlər olsun, məsqlərə başlamışam. Tam bərpa olub yeniden komandaya qoşulacam və bu anı səbirsizliklə gözləyirəm. Əlbəttə, həm də baş məşqçimizin verəcəyi şansı... O şans yarananda əlimdən gələni etməyə çalışacağam. 

Növbəti oyunumuzu evdə "Şamaxı"ya qarşı keçirəcəyik. Ağır oyun olacağının fərqindəyik. Ayxan müəllim (Ayxan Abbasov - red.) yaxşı komanda formalaşdırıb ve onun müdafiəyə necə önəm verdiyini bilirik. Evdə oynayacağıq. Uğurlu seriyani davam etdirib qələbə qazanmaq niyyətindəyik".

Qeyd edək ki, "Zirə" - "Şamaxı" görüşü sentyabrın 19-da reallaşacaq. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat 

Избранный
71
1
fanat.az

2Источники