RU

Robert Retford vəfat etdi

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Hollivud aktyoru, rejissor Robert Retford vəfat edib.

Axşam.az xəbər verir ki, 89 yaşlı aktyor Yuta ştatında evində dünyasını dəyişib.

Qeyd edək ki, Redford aktyorluq karyerasına 1959-cu ildə başlayıb. 1962-ci ildə "Döyüş meydanı ovu" tammetrajlı filmində rol alıb. Aktyor Oskar, Qızıl Qlobus, Emmi və BAFTA kimi beynəlxalq kino mükafatlarının namizədi və qalibi olub. O, dünya kinosu tarixində debüt filminə görə bu mükafatı alan altı rejissordan biri olub.

2020-ci ildə Robert Redfordun oğlu Ceyms xərçənglə mübarizə apardıqdan sonra 58 yaşında vəfat edib. Sənədli kinorejissor və Redford Film Fondunun həmtəsisçisi 10 il qaraciyər xəstəliyindən əziyyət çəkib. Ona uşaqlıqda ilkin sklerozan xolangit diaqnozu qoyulub və 1990-cı illərdə iki qaraciyər transplantasiyası əməliyyatı keçirilib. Son illərdə o, öd kanalı xərçəngindən əziyyət çəkirdi.

Aktyor Çətinliklər", "Təbii", "Bizim yolumuz", "Mənim Afrikam", "Möhtəşəm Qetsbi" filmlərində çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
2
axsam.az

3Источники