RU

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb

Sentyabrın 16-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Operativ Media-ya bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Избранный
29
20
operativmedia.az

10Источники