RU

Macarıstan Rusiyadan neft almağı dayandırmayacaq

Macarıstan hakimiyyəti Rusiyadan neft almağı dayandırmaqdan imtina edib. Çünki bu varianta alternativ yoxdur və Rusiya neftindən imtina Macarıstanın enerji təhlükəsizliyini pozacaq.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka bildirib.

"Macarıstan həmişə həm marşrutların, həm də tədarük mənbələrinin şaxələndirilməsinin tərəfdarı olub. Lakin bunun üçün bizə alternativlər lazımdır", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, hazırda real alternativlər yoxdur. O vurğulayıb ki, Rusiya yanacağından asılılığın azaldılmasını müzakirə etməyin mənası yoxdur, çünki bu, tədarükün təhlükəsizliyinin təmin edilməsində problemlər yaradacaq. Boka əlavə edib ki, Macarıstan tərəfi öz təhlükəsizliyini təhlükəyə atmayacaq.

QAZİLER.AZ

Избранный
27
qaziler.az

1Источники