RU

Aqrar sektora ayrılan subsidiyalar azaldılır? “İilk növbədə inzibati xərclər azaldılacaq”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn il Azərbaycanda büdcədən kənd təsərrüfatına ayrılan xərclərin azaldılması nəzərdə tutulur.

“AzPolitika” Maliyyə Nazirliyin istinadla bildirir ki, 2026-cı ildə kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % azdır.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli “AzPolitika”-ya şərhində bildirib ki, aqrar sektora böyük subsidiyalar ayrılsa da, özünü doğrultmur, məhsul istehsalı aşağı düşür: “İnzibati xərclər yüksəkdir. Məsələn, 1200-dən çox adam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində çalışır və bunların əmək məhsuldarlığı aşağıdır. Yəni verdikləri bir töhfə yoxdur”.

Ekspert daha sonra əlavə edib: “Hansı sahədə azalmaların olacağı tam dəqiqləşməsə də, hesab edirəm ki, ilk növbədə inzibati xərclər azalacaq, digər tərəfdən isə subsidiyaların da azaldılması gözlənilir. Neftdən gələn gəlir azalıb və neftin qiymətinin gələn il xeyli aşağı düşəcəyi proqnozlaşdırılır. Görünür, hökumət bəzi sahələrə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinə ayrılan maliyyə vəsaitini azaltmağı planlaşdırır. Bir neçə gündən sonra ola bilsin ki, Maliyyə Nazirliyi və ya hökumətin hansısa strukturu bu barədə konkret məlumat verəcək”.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
azpolitika.info

1Источники