RU

Ayan Babakişiyeva cinsi azlıqların müdafiəsinə qalxdı: Daşı kimə atırsan?

Müğənni Ayan Babakişiyeva sosial mediada küçədə cinsi azlıqlara daş atan və bunu TikTok-da canlı göstərən şəxsləri tənqid edib.

Publika.az xəbər verir ki, müğənni bu barədə bunları yazıb:

"Yenə səhərimizi bir neçə cahilin, anasının-atasının adlarını kiçik hərflərlə yazan "kişicik"lərlə açdıq. Siz nə qədər cahilsiniz, siz nəsiniz, kimsiniz, bu haqqı sizə kim verib? Cinsiyyətindən və oriyentasiyasından asılı olmasına baxmayaraq hər bir insanın kişiliyi, mənliyi olmalıdır. Əgər bir insan mavi, lezbian, trans, biseksualdırsa, bu onun seçimi, azad hüququdur. Sizə bu haqqı kim verib ki, insanın kişiliyinə, seçiminə bu qədər cani kimi yanaşırsınız? Bu daşı kimə atırsan? Yaxşı atırsan, bəs hara qaçırsan? Çünki cinayət etdiyini bilirsən və onların da hüququ var ki, sizi şikayət etsinlər. Demək ki, hüquqlarımız da onlarla eynidir, ay axmaq".(axşam.az)

Избранный
58
1
publika.az

2Источники