RU

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib

Bakı, 16 sentyabr, AZƏRTAC

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada "Benfika”nın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub.

Görüş Rəşad Sadiqovun kollektivinin 1:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin yeganə qoluna Əli Qazıbəyov imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.

Избранный
60
azertag.az

1Источники