RU

"Ermənistanın bir nömrəli müttəfiqi Azərbaycan olmalıdır" -AÇIQLAMA

"Əlbəttə ki, Azərbaycan və Ermınistan münasibətləri inkişaf edəcək. Normal ölkələr, normal xalqlar, normal dövlətlər, xüsusən qonşu dövlətlər tarixdən bir-birinə sıx bağlı olan, insani, mədəni, tarixi əlaqələri olan xalqlar bir-biri ilə belə münasibətlər qurmağa məhkumdurlar. Bu barədə mən, cəmiyyətimizin etirazına baxmayaraq, 30 ildir yazıram".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə Azərbaycan-Ermənistan münaisbətlərinin gələcək prespektivlərindən danışarkən bildirdi.

"Mərhum dostum Georgi Vanyan bunu erməni cəmiyyətində deyirdi, açıq şəkildə bildirirdi ki, Ermənistanın bir nömrəli müttəfiqi Azərbaycan olmalıdır, erməni xalqı ilə Azərbaycan xalqı dost olmalıdır. Bunu dediyi üçün onu söyürdülər, döyürdülər, işdən qovurdular, erməni faşistləri tərəfindən təqib edilirdi.

Bu amallar uğrunda iki qonşu xalqın normal yaşaması naminə Arif müəllim nə qədər böyük işlər görüb: yüzlərlə görüş keçirib, onlarla layihə həyata keçirib, qarşılıqlı səfərlər və görüşlər təşkil edib. Əli Abbasov isə erməni həmkarı ilə birgə kitab yazıb, yəni Azərbaycan və erməni müəlliflərinin birgə kitabı. Bu sahədə çalışan adamlar çoxdur".

Müsahibimiz vurğuladı ki, 2020-ci il müharibəsindən sonra "YouTube"da Azərbaycan və erməni ekspertləri çox mehriban şəkildə müzakirələr aparırlar:

"Qarşılıqlı hörmət şəraitində bir-birini dinləyir, bəzən fikirləri təkmilləşdirir, bəzən mübahisə edirlər, amma münasibətlər insani çərçivədə qalır. Buna şübhə yoxdur ki, bu, baş verəcək.

Sadəcə erməni cəmiyyətində bunu istəməyən, qisasçı qüvvələr var. Onlara həddini göstərmək lazımdır və erməni xalqına da qayğı göstərilməlidir. Odur ki, hər iki xalqa sülh lazımdır. Müharibəni qızışdıran, bölgədə nüfuzunu və təsirini artırmağa çalışan bədxah, imperialist dövlətlərin fitvasına uymaq olmaz".

Aytəkin TOFİQQIZI

Избранный
6
1
redaktor.az

2Источники