RU

Ukraynadan Rusiyada UNİKAL əməliyyat: hərbi baza PARTLADILDI, xeyli ÖLƏN var – CANLI

Rusiyanın Primorskiy vilayətində, Şitovaya kəndi yaxınlığında yerləşən hərbi bazada baş verən partlayışlar nəticəsində rus hərbçiləri arasında itkilər var. Ukrayna mediası məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsi bu partlayışların onların xüsusi əməliyyatları olduğunu bildirib.

“UNIAN“ın mənbələrinin verdiyi məlumata görə, partlayış baş verən bazada 47-ci desant-təxribat batalyonu, 155-ci mühafizə briqadasının dəniz piyadalarından ibarət bölməsi yerləşir.

Bu bölmə Kiyev, Uqledar, Mariupol, Kursk və Pokrovski istiqamətlərində döyüşlərdə iştirak edib. Rusiya 155-ci briqadası yerli əhaliyə qarşı xüsusi qəddarlıq və ukraynalı əsirlərin edamları ilə fərqlənib.

Məlumatda hadisə yerinə çox sayda təcili yardım maşını və xüsusi xidmət əməkdaşlarının gəldiyi, hətta helikopterin qaldırıldığı qeyd olunur və bu da hərbçilər arasında ölən və yaralananlar olduğuna dəlalət edir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

Избранный
24
10
musavat.com

10Источники