RU

Beynəlxalq axtarışda olan Rusiya vətəndaşı Bolqarıstanda həbs edilib

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bolqarıstanda 2018-ci ildə Beyrutda baş verən və 218 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı 48 yaşlı Rusiya vətəndaşı həbs edilib.

Bakıvaxtı.az Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş müfəttiş Zdravko Samuilov məlumat verib.

Məlumata görə, həmin şəxs sentyabrın 5-də Kiprdən gələn reys zamanı hava limanında saxlanılıb. O, İnterpolun qırmızı bülleteni üzrə beynəlxalq axtarışda olub.

Saxlanılan şəxs hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib və müqavimət göstərməyib. Onun baqajında şübhəli heç nə tapılmayıb və Bolqarıstana səfərinin məqsədi turistik səfər olub.

Rusiya vətəndaşı istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə onun ekstradisiyası üçün əsasların olub-olmadığını müəyyən edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
1
bakivaxti.az

2Источники