RU

Aşqabadda BMT-nin iqlim məsələləri üzrə tədbiri keçirildi

BAKI, 16 sentyabr. TELEQRAF

Aşqabadda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində istixana qazları emissiyalarının azaldılması üzrə Türkmənistanın könüllü tədbirlərinin siyahısının yenilənməsinə dair iclas keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Emissiyaların azaldılması və uyğunlaşma üzrə yeni tədbirlər müzakirə edilib. Türkmənistanın iqlim dəyişikliyi üzrə dördüncü milli məruzəsinin hazırlanmasının başa çatdığı bildirilib.

Gələcəkdə ölkələr İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelə ən müasir məlumatları təqdim etmək üçün iki ildən bir hesabat təqdim edəcəklər. Əhalinin həyatının sosial aspektləri, cari və nəzərdə tutulan tədbirlər, iqlim dəyişikliyi üzrə məruzələrin strukturunun və məzmununun təkmilləşdirilməsi ilə bağlı təkliflər də nəzərdən keçirilib.

Избранный
26
teleqraf.com

1Источники