RU

Cəlilabaddə məktəb yoldaşı tərəfindən öldürülən şagirdlə bağlı rəsmi AÇIQLAMA

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən bildirilir ki, 16 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.

"Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib.

Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik",- deyə məlumatda vurğulanıb.

Избранный
30
2
day.az

4Источники