RU

Xalq artistinin qızı: Atamla hər zaman qürur duymuşam

BAKI, 16 sentyabr. TELEQRAF

"Mənim üçün o, ilk növbədə atamdır. Onun böyük aktyor, böyük insan olduğunu bütün respublika, hər kəs bilir. Onun haqqında çoxlu gözəl sözlər deyilib"

Bu sözləri Teleqraf-a mərhum Xalq artisti Hacı Murad Yegizarovun qızı Məryəm Yegizarova deyib.

"O çox mehriban, qayğıkeş, həssas idi. Mənə hər şeyini, sevgisini, qəlbini, bütün ruhunu bəxş edən ata.

O, həmişə mənə deyirdi: “Sən mənim üçün hər şeysən”. Həmişə qız övladı arzulamışdı. Mən isə hər zaman atamla qürur duymuşam. Çünki bu insan hər şeyə layiqdir. O, həmişə mənim qəlbimdə yaşayacaq.Mən onu heç vaxt unutmayacağam",- deyə Xalq artistinin qızı bildirib.

Избранный
11
2
teleqraf.com

3Источники